Pages

Ads 468x60px

Labels










O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və
Onun ibadətinə qətiyyətli ol! Heç Ona oxşarını tanıyırsanmı?!” (Məryəm surəsi, 65).

 “Qətiyyətlilik” bir məsələdə mətinlik göstərmək, nəticəyə çatmaqda heç bir maneə tanımamaq və əzmlə çalışaraq lazım olanları nəyin bahasına olursa yerinə yetirmək mənasına gəlir. Yuxarıdakı ayədə qeyd olunan qətiyyət sözü də bu mənada işlədilib. Allah müsəlmanlardan yalnız ibadət etmələrini deyil, eyni zamanda ibadətdə qətiyyətli olmalarını tələb edir.



 Lakin insanlar ibadətdə qətiyyətli olmağı çox məhdud çərçivədə dəyərləndirirlər. Çünki onlar ibadət sözünün yalnız namaz, oruc, həcc, zəkat kimi insana fərz olan hökmlər mənasına gəldiyini zənn edirlər. Halbuki, ibadət xidmət mənasına gəlir. Yəni, insanların qul kimi Allah üçün etdiyi hərəkətləri, danışıqları, davranışları da bir ibadətdir. Namaz insan üçün mühüm və fərz ibadət olduğu kimi əsəblərə hakim olmaq, gözəl danışmaq, insanlara xəbərdarlıq edib onları pis işlərdən çəkindirmək, zənnə qapılmamaq və ya mübahisə etməmək də bir ibadətdir. Bu səbəbdən də Allahın “ibadətdə qətiyyətli ol” əmri həm ibadətlərə, həm də əxlaqa aiddir.

 Lakin, dində qətiyyətli olmaq əmrində diqqət yetirilməli olan başqa məqam da var. Bu da müsəlmanların qətiyyətlə bağlı imtahana çəkiləcəklərinə dair verilən izahlardır. Ayələrdə keçmişdə yaşayan müsəlmanların və peyğəmbərlərin həyatlarından hadisələr təqdim edilərkən onların imanının və qətiyyətinin imtahana çəkildiklərinə dair nümunələr verilir. Çünki bu nümunələr, müsəlmanların Allaha olan bağlılıq və sədaqətini isbat edəcəkləri dəyərli fürsətlərdir.



 Allah müsəlmanların dinlərinə olan bağlılığının imtahana çəkilməsinə nümunə olaraq ən çox inkarçıların şifahi və ya əməli surətdə hücum faktını verir. Yaxud da, müsəlmanlara böhtan atıldığı, insanların kütləvi şəkildə üz çevirdiyi, xəstəlik baş verdiyi, aclıq, susuzluq, yorğunluq olduğu, çətin və təhlükəli halla qarşılaşıldığı, xüsusən də insan həyatını risk altına alan anlar nümunə kimi verilir. Belə hallar müsəlmanların öz dinlərinə riayət etmək və onu təbliğ etməkdə əzmkar olacaqları hallardır.

 Bundan əlavə, Allahın bolluq, sağlamlıq, rifah, zənginlik və ya güc verdiyi hallar da var ki, bu hallarda da insanın ruhdan düşməyəcəyi və din əxlaqına əməl etmək məsələsində qətiyyət nümayiş etdirəcəyi çox dəyərli hallardır. Yəni, müsəlmanlar həm çətinliklə, həm də asanlıqla imtahana çəkilirlər. Heç bir hal müsəlmanların davranışlarında mənfi dəyişikliklərə yol açmaz.

Hiç yorum yok:

Yorum Gönder

 

Sample text

Sample Text

50 Super mahni..  1. Rafet El Roman - Direniyorum 2. Serdar Ortac - Elimle 3. Sinan Akc?l - Atma (feat. Hande Yener) 4. Hadise - Superman 5. Uzeyir Mehdizad? - Bu n? cur cavanl?q oldu 6. Atiye Deniz - Budur 7. Roya Ayxan - Dostumsan yoxsa sevgilim 8. Gokhan Ozen - Ask yorgunu 9. Hadise - Ask kac beden giyer 10. Murat Dalk?l?c - Donmem 11. Eurovision 2011 - Ell & Nikki - Running scared (Azerbaijan) 12. Deniz Seki - Suya hapsettim 13. Natavan H?bibi - Stop (Dj BakuBoy & Dj Azeri Flash) (Remix) 14. Ebru Gundes - Cumartesi 15. Kolpa - Son nefesim 16. HOST - Bas rolda ozum 17. S?la - Oluruna b?rak 18. Roya Ayxan - Yaz? q?s etdin 19. Rafet El Roman - Seven bilir 20. Mustafa Ceceli - Yagmur agl?yor 21. Ebru Gundes - Beyaz 22. Seksendort - Hay?r olamaz 23. Sertab Erener - Istanbul 24. Tarkan - Kay?p 25. Demet Akal?n - Olacak olacak 26. Jennifer Lopez - On The Floor (feat Pitbull) 27. Gokhan Turkmen - Bir oyku 28. Gece - Ben oldum 29. Demet Akal?n - Ask 30. Gulsen - Yeni biri 31. Serdar Ortac - Kolayca 32. Murat Boz - Asklar?m buyuk benden 33. Duman - Sor bana pismanm?y?m 34. Emre Ayd?n - Son defa 35. Sibel Can - Hancer 36. Candan Ercetin - Git 37. Mustafa Ceceli - Eksik feat. Elvan Gunayd?n (Acapella version) 38. Yusuf Guney - Unut onu kalbim 39. Gokhan Ozen - Sitemkar 40. Sertab Erener - Bir adresi bulunur 41. Berkay - Omrumun geri kalan? 42. Sibel Can - Suistimal 43. Ebru Gundes - Aglamayacag?m 44. Hadise - Burjuva 45. Shakira - Waka Waka 46. Emre Altug - Bu son olsun 47. Sinan Akc?l - Sondurulmez Istanbul (feat. Hande Yener) 48. Kaz?m Koyuncu - Hayde 49. Berkay - Gulum 50. Roya Ayxan - Ayr?l?q (duet ?kb?r)