Pages

Ads 468x60px

Labels

Qadın dodaqları


 Qadın dodaqları 






Dolu dodaqlar


Fizioqnomika elminə görə, dolu dodaqlı qadınlara kişilər çox nadir hallarda ciddi fikirlə yanaşırlar. Onları qınamaq olmaz. Çünki belə qadınların özləri də zövq və əyləncə vurğunudurlar. Dolğun dodaqlar yüksək temperamentin danılmaz göstəricisidir. Bunun sübutu Merlin Monrodur. Sirr deyil ki, kişiləri ən cox cəlb edən bu qadının görünüşü yox, məhz elə dodaqları olub. Əbəs yerə onun dodaqları cazibə simvolu seçilməyib ki... Belə qadınlar üçün sevgi yox, hər zaman diqqət mərkəzində olmaq daha vacibdir. Axı dolğun dodaqlı qadınlar eqoistdirlər. Ən çox sevdikləri isə səyahətə çıxmaqdır. Belə qadınların çox yaxşı ana olduqları isə danılmazdır.

Nazik dodaqlar


Bu qadınların bəxti sevgidə heç vaxt gətirmir. Lakin onlar bundan sıxılmırlar. Bu iradəli gözəllər çətin anlarında kimdənsə aman diləməyi ağıllarından belə keçirmirlər. İnsanları ram etməyi bacaran nazik dodaqlı xanımlar müstəqilliyi çox sevirlər. Bəzən o qədər sərbəst olurlar ki, həyatlarının sonuna kimi onları qane edən tənhalığa qapılırlar. Nazik dodaqlı qadınların bir mənfi cəhəti var ki, bu da onların şan-şöhrət əsiri olmalarıdır.

Alt dodaq üst dodaqdan qalındırsa


Sən demə, kişilərin 80 faizində alt dodaq üst dodaqdan qalındır. Bu da kişilərin daha çox xəyanətindən xəbər verir. Çünki alt dodağı üst dodaqdan qalın olanlar vəfasızdırlar. Belələrindən sadiqlik gözləmək mənasızdır. Onlar üçün «sadiqlik» sözü zəmanənin təlabatına uyğun gəlməyən köhnəlmiş ifadə anlamındadır. Bu cür dodaqlı qadınlar da kişilərdən geri qalmırlar. Bu, onların ömür boyu yeni partnyorlar və əyləncələr axtaracaqlarına işarədir. Sözügedən insanlar həm də çox tənbəldirlər.

Üst dodaq alt dodaqdan qalın


Bu cür dodaqlı qadınları avropalılar nəzakətli, sadə, işvəli, naz-qəmzəli və ailəcanlı sayırlar. Ancaq asiyalılarda əksinə, belə dodaqlar ikiüzlüyün, süniliyin əlaməti hesab olunur. Avropalıların fikrincə, belə qadınlar yaxşı yemək hazırladıqlarından həyat yoldaşları tərəfindən həmişə sevilirlər. Üst dodağı qalın olan qadınları kişilər əsl tapıntı hesab edirlər.


Simmetriyasız dodaqlar


Onlar sadiq olurlar. Ümumiyyətlə, simmetriyasız dodağı olanlar qollarını çirməyib, ancaq öz imiclərini dəyişməyə çalışırlar. Belə xanımlar yalan danışır, öz xasiyyətlərini həddindən artıq şişirtməyi xoşlayır, ətrafdakılara utanmadan şər atırlar. Buna görə də belələri sevgidə uğradıqları məğlubiyyətə asanlıqla dözürlər.

«Gülümsəyən» dodaqlar


Belə dodaqlar tükənməyən sevinc və xoşbəxtlik çeşməsi kimi insanları özlərinə cəlb edirlər. Həmişə optimistdirlər. Bəzən zəhlətökən pərəstişkarlarını uzaqlaşdırmaq üçün özlərini həddindən artıq soyuqqanlı, və ciddi göstərməyə calışırlar. Ancaq gülümsəyən dodaqları onlara bu hiylənin öhdəsindən gəlməyə imkan vermir. Onlar hər zaman kişiləri ovsunlamağı bacarırlar.

«Qəmli» dodaqlar


Təəssüf ki, dodaqlarının kənarları aşağı sallanan qadınlar sadiq pərəstişkarları ilə öyünə bilmirlər. Nədənsə belələrinin qarşısına çıxanlar yalancı və hiyləgər olur. Nəticədə, onlar insanlara qarşı ümidlərini itirirlər. Belələri heç nəyə inanmırlar. Onlar həmişə özlərini lazımsız hesab edirlər.

Hiç yorum yok:

Yorum Gönder

 

Sample text

Sample Text

50 Super mahni..  1. Rafet El Roman - Direniyorum 2. Serdar Ortac - Elimle 3. Sinan Akc?l - Atma (feat. Hande Yener) 4. Hadise - Superman 5. Uzeyir Mehdizad? - Bu n? cur cavanl?q oldu 6. Atiye Deniz - Budur 7. Roya Ayxan - Dostumsan yoxsa sevgilim 8. Gokhan Ozen - Ask yorgunu 9. Hadise - Ask kac beden giyer 10. Murat Dalk?l?c - Donmem 11. Eurovision 2011 - Ell & Nikki - Running scared (Azerbaijan) 12. Deniz Seki - Suya hapsettim 13. Natavan H?bibi - Stop (Dj BakuBoy & Dj Azeri Flash) (Remix) 14. Ebru Gundes - Cumartesi 15. Kolpa - Son nefesim 16. HOST - Bas rolda ozum 17. S?la - Oluruna b?rak 18. Roya Ayxan - Yaz? q?s etdin 19. Rafet El Roman - Seven bilir 20. Mustafa Ceceli - Yagmur agl?yor 21. Ebru Gundes - Beyaz 22. Seksendort - Hay?r olamaz 23. Sertab Erener - Istanbul 24. Tarkan - Kay?p 25. Demet Akal?n - Olacak olacak 26. Jennifer Lopez - On The Floor (feat Pitbull) 27. Gokhan Turkmen - Bir oyku 28. Gece - Ben oldum 29. Demet Akal?n - Ask 30. Gulsen - Yeni biri 31. Serdar Ortac - Kolayca 32. Murat Boz - Asklar?m buyuk benden 33. Duman - Sor bana pismanm?y?m 34. Emre Ayd?n - Son defa 35. Sibel Can - Hancer 36. Candan Ercetin - Git 37. Mustafa Ceceli - Eksik feat. Elvan Gunayd?n (Acapella version) 38. Yusuf Guney - Unut onu kalbim 39. Gokhan Ozen - Sitemkar 40. Sertab Erener - Bir adresi bulunur 41. Berkay - Omrumun geri kalan? 42. Sibel Can - Suistimal 43. Ebru Gundes - Aglamayacag?m 44. Hadise - Burjuva 45. Shakira - Waka Waka 46. Emre Altug - Bu son olsun 47. Sinan Akc?l - Sondurulmez Istanbul (feat. Hande Yener) 48. Kaz?m Koyuncu - Hayde 49. Berkay - Gulum 50. Roya Ayxan - Ayr?l?q (duet ?kb?r)