Türkiyənin özəl telekanallarından birində nümayiş olunan “O səs Türkiyə” müsabiqəsində iştirak edən azərbaycanlı Ülvi Nuri növbəti mərhələyə qəbul edilmədi. Münsiflər heyəti onun ifasını bəyənsə də Nurinin 4 komandadan birinin üzvü olması üçün lazım olan addımı atmayıb
Qeyd edək ki, Türkiyənin məşhurlarından ibarət 4 nəfərlik münsiflər heyəti bu müsabiqədə səhnəyə arxasını çevirərək oturur və yarış iştirakçılarının sadəcə səsinə qulaq asırlar. Hülya Avşar, Hadisə, Mustafa Sandal və Murad Boz ifa vaxtı kreslolarını səhnəyə çevirərək bəyəndikləri səs sahibini seçir, öz komandalarını yaradır və onlarla bu istiqamətdə məşğul olurlar. Müsabiqənin finalında isə münsiflər heyətindən hər biri komandası ilə bu yarışın qalibi olmağa çalışacaq.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Ülvi Nurinin ifası (“Səssiz gəmi” mahnısı) münsiflər heyəti tərəfindən bəyənilsə də onlardan heç biri azərbaycanlı iştirakçını öz komandasına qəbul etməyib.
Mustafa Sandal: “Dörd dördlük (mükəmməl) oxudun”.
Hülya Avşar: “Həqiqətən çox gözəl oxudun”.
Murad Boz: “Mən çevrilmək istəyirdim, bir şey mənə mane oldu”.
denen bizim ne iwimiz var orda?
YanıtlaSilERAGON
He bratiska hec deme
YanıtlaSilHackap
olar hec bilmirler ki ora gelen azeridi yoxsa basqa milletdi...
YanıtlaSilama super oxuyub donmeyibler heyif :((
YanıtlaSil