BH xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, ABŞ-ın Hyuston (Texas ştatı) şəhərində yaşayan Natali Ayriş rəssamdır. Amma o, əsərlərini yaratmaq üçün yalnız dodaqlarından istifadə edir.
O, dodaqları ilə indiyədək 20-dən artıq portret çəkib.
Natalinin dediyinə görə, hələ məktəbdə oxuyanda bu üsulla şəkil çəkməyi öyrənmişdi.
"Bir dəfə axşam ziyafətinə hazırlaşırdım və dodaqlarımı qırmızı pomada ilə boyadım, kağız salfeti öpdüm. Dodaqlarımın izi diqqətimi cəlb etdi. Anladım ki, bu, gözəldir", - Ayriş deyir.
Natalinin ilham mənbəyi Merilin Monrodur.
"O, möhtəşəmdir və buna kimsə şübhə edə bilməz. Üstəlik, Merilin qırmızı pomadanı çox sevirdi. Dodaq izimi salfetdə görəndə məhz onun obrazı beynimdə dolaşırdı. Merilin portreti də yaradıcılığımda ilk əsər oldu", - Ayriş deyib.
Uzun aylar yataq xəstəsi olan Natalidə həkimlər I tip şəkərli diabet aşkarlayıblar. Çoxsaylı iynələr və xəstəliyin ilk ağır dövründən sonar uzunmüddətli reabilitasiya Natalinin həyata inamını sarsıtsa da, normal həyata qayıtmağa qıza məhz sənət yardım edib.
Xəstəliyindən sonrakı depressiyadan qurtulan Natali dünyanın müxtəlif ölkələrində sərgilərini keçirmək niyyətindədir.
Hiç yorum yok:
Yorum Gönder