“Mənim hansı müğənniyə sözüm varsa, onları görəndə üzlərinə deyirəm. Hərdən efirdə hansısa insanların adını çəkirəmsə, təbiidir ki, mən özümə uyğun olan adamların adını çəkirəm. Aşağı düşmürəm. Bu, həm mənim, həm də adını çəkdiklərim üçün müsbətdir.
Mən əgər nəyi isə deyirəm və təqdim edirəmsə, bu, o insan üçün çox yaxşıdır”, - Röya dedi.
Röya Ayxan adlarını tutduğu insanları reklam etdiyini qeyd etdi.
“Mən bir insandan bir dəfə danışanda, o, artıq iki-üç həftə maqazin və şou kanallarında yayımlanır. Onlar gərək mənə pul versinlər”, - müğənni dedi.
Hiç yorum yok:
Yorum Gönder