Sosial şəbəkələrdən istifadə edənlərin sayı getdikcə artır.
Türkiyənin “Radikal” qəzetində dərc olunan çox maraqlı bir yazıda, ”Twitter”çiləri 12 cür qruplaşdırılıb.
Amma bunu təkcə “Twitter”ə yox, eləcə də “Facebook”a aid edə bilərik.ik.
1- Paylaşmasam, ölərəm
Bu tipin əsas xüsusiyyəti hər an hər yerdə və hər şeyi paylaşmasıdır. Onu izləyənləri rəsmən “tvit yağışı”na tutur. Sonları çox vaxt “spammer” olaraq silinməkdir.
2- Məlumat bürosu
Bunları davranışları belədir: “Hər şeyi bilirəm, kimin nəyə ehtiyacı varsa, kömək edə bilərəm, heç vaxt səhv etmirəm”. Sanki izləyənlərinin qarşısında onları daima məlumatlandıracağına dair müqəddəs and götürüb.
3- Etirazım var
Bu şəbəkədə çoxlu sayda yazar, jurnalist, şair və fikir adamları var. Çox vaxt hamının müsbət reaksiya verdiyi hadisələrə onlar qəfildən mənfi rəy verirlər. Hər şeyə etiraz edirlər, indiki dövrə, internetə, uşaqların tərbiyə olunmağına, təhsilə, az qala elə “Twitter”ə də.
4- Mən demişdim
Onlar dünyada baş verən bütün hadisələri əvvəlcədən bilirlər. Yaponiyadakı zəlzələ, iqtisadi böhran, Qəddafinin tutulması onlar üçün təzə xəbər deyil və reaksiyaları “Mən demişdim də” sözü olur.
5- Mən məşhuram!
Məşhur olmağın bəzi üstünlükləri bu şəbəkədə də keçərlidir. Bəziləri fanatlarının tvitlərinə cavab verir, bəziləri görməzdən gəlir, bəziləri də digər məşhur həmkarına söz atır, aləm qarışandan sonra da hər şeyi mətbuatın üstünə yıxırlar.
6- Hadisə yerindən birbaşa reportaj
Bəzi tiplər həmişə “qaynar nöqtələr”də olmaqdan və birbaşa tvit atmaqdan zövq alırlar. Məsələn, konsertlərdən, təbii fəlakətin başlandığı yerdən, etiraz aksiyalarından… Hətta birinci video və şəkli mütləq onlar yerləşdirirlər. Yəni yeni nəsil əsl jurnalist abu-havasında yetişir.
7- Depressiyadayam
Bu tiplərin bir dəfə xoş bir qeyd yazdıqlarını görən olmayıb. Onlar daima depressiyadadırlar. Sosial media da onları bu burulğanın içərisindən çıxmarmaq iqtidarında deyil. Qəmli mahnılar, ayrılıq şəkilləri paylaşmaq onların hobbisidir.
8- 140 işarə yetmir
Yazdıqları 140 işarəyə yerləşməyən tiplərdir bunlar. Fikirlərini 5-6 tvitə sığışdırırlar. Bu tvitlərdən birini oxusanız heç nə başa düşməzsiniz, gərək hər şeyi əvvəldən oxuyasınız. Bu vaxt ən yaxın dorstunu “Unfollow” (İzləmə - red.) düyməsidir.
9- Gülməlilər
Daima zarafatcıl tvitlər paylaşanlar da var. Onlar ən çox “retweet” olunanlardan olurlar. İzləyicilərin sevimlisi olurlar.
10- İzləyicilərini sayanlar
Bəzi tvitçilər “izləyici xəstəsi”dirlər. “Filan saylı istifadəçimə hədiyyə verəcəm, artıq istifadəçilərimin sayı 500-u keçib” tipli cümlələrə tez-tez onların səhifəsində rast gəlmək olar. Bəzən hətta onlara səslənərək, “izləyicilərim, necəsiniz?” deyə hal-əhval da tuturlar.
11- Retweet mənlikdir
Bir dənə olsun tvit yazdığını görməzsiniz bu tip istifadəçinin. Amma o, “Twitter” əhalisinin yazdığı ən çox oxunanları seçir və “retweet” edir. Sanki sizə düşünərək edir ki, birdən nəyisə qaçırarsınız ha, narahat olmayın, mən burdayam, hər şeyi çatdıracam sizə.
12- İtimə, pişiyimə, doğulmamış uşağıma hesab açmaq
Danışa bilməyən canlı cə cansızların da qeydinə qalan bəzi istifadəçilər pişiklərinə, itlərinə, bu azmış kimi doğulmamış uşaqlarına hesab açırlar. Kiməsə onların adından təşəkkür edirlər, şəkillərini qoyurlar. Öz hesabından onları “mention” (qeyd etmə - red.) edib, cavab yazmaq isə adamın lap ətini tökür.
Hiç yorum yok:
Yorum Gönder