O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və
Onun ibadətinə qətiyyətli ol! Heç Ona oxşarını tanıyırsanmı?!” (Məryəm surəsi, 65).
“Qətiyyətlilik” bir məsələdə mətinlik göstərmək, nəticəyə çatmaqda heç bir maneə tanımamaq və əzmlə çalışaraq lazım olanları nəyin bahasına olursa yerinə yetirmək mənasına gəlir. Yuxarıdakı ayədə qeyd olunan qətiyyət sözü də bu mənada işlədilib. Allah müsəlmanlardan yalnız ibadət etmələrini deyil, eyni zamanda ibadətdə qətiyyətli olmalarını tələb edir.
Lakin insanlar ibadətdə qətiyyətli olmağı çox məhdud çərçivədə dəyərləndirirlər. Çünki onlar ibadət sözünün yalnız namaz, oruc, həcc, zəkat kimi insana fərz olan hökmlər mənasına gəldiyini zənn edirlər. Halbuki, ibadət xidmət mənasına gəlir. Yəni, insanların qul kimi Allah üçün etdiyi hərəkətləri, danışıqları, davranışları da bir ibadətdir. Namaz insan üçün mühüm və fərz ibadət olduğu kimi əsəblərə hakim olmaq, gözəl danışmaq, insanlara xəbərdarlıq edib onları pis işlərdən çəkindirmək, zənnə qapılmamaq və ya mübahisə etməmək də bir ibadətdir. Bu səbəbdən də Allahın “ibadətdə qətiyyətli ol” əmri həm ibadətlərə, həm də əxlaqa aiddir.
Lakin, dində qətiyyətli olmaq əmrində diqqət yetirilməli olan başqa məqam da var. Bu da müsəlmanların qətiyyətlə bağlı imtahana çəkiləcəklərinə dair verilən izahlardır. Ayələrdə keçmişdə yaşayan müsəlmanların və peyğəmbərlərin həyatlarından hadisələr təqdim edilərkən onların imanının və qətiyyətinin imtahana çəkildiklərinə dair nümunələr verilir. Çünki bu nümunələr, müsəlmanların Allaha olan bağlılıq və sədaqətini isbat edəcəkləri dəyərli fürsətlərdir.
Allah müsəlmanların dinlərinə olan bağlılığının imtahana çəkilməsinə nümunə olaraq ən çox inkarçıların şifahi və ya əməli surətdə hücum faktını verir. Yaxud da, müsəlmanlara böhtan atıldığı, insanların kütləvi şəkildə üz çevirdiyi, xəstəlik baş verdiyi, aclıq, susuzluq, yorğunluq olduğu, çətin və təhlükəli halla qarşılaşıldığı, xüsusən də insan həyatını risk altına alan anlar nümunə kimi verilir. Belə hallar müsəlmanların öz dinlərinə riayət etmək və onu təbliğ etməkdə əzmkar olacaqları hallardır.
Bundan əlavə, Allahın bolluq, sağlamlıq, rifah, zənginlik və ya güc verdiyi hallar da var ki, bu hallarda da insanın ruhdan düşməyəcəyi və din əxlaqına əməl etmək məsələsində qətiyyət nümayiş etdirəcəyi çox dəyərli hallardır. Yəni, müsəlmanlar həm çətinliklə, həm də asanlıqla imtahana çəkilirlər. Heç bir hal müsəlmanların davranışlarında mənfi dəyişikliklərə yol açmaz.
Hiç yorum yok:
Yorum Gönder