�Windows 7� əməliyyat sistemi Azərbaycan bazarı üçün lokallaşdırılıb
�Microsoft� korporasiyası �Windows 7� yeni əməliyyat sisteminin Azərbaycan üçün lokallaşdırılması barədə məlumat verib. Əməliyyat sisteminin Azərbaycan versiyasının istifadə edilməsi üçün ingilisdilli versiyanın üzərindən Language İnterface Pack xüsusi dil paketini şirkətin yerli nümayəndəliyinin www.microsoft.az saytından yükləmək olar. ƏS-in Azərbaycan üçün lokallaşdırılmış versiyasının noyabrın 23-dən 26-dək Bakıda keçiriləcək �BakuTel-2010� sərgisi çərçivəsində rəsmi təqdim olunacağı planlaşdırılır. �Microsoft Azərbaycan� şirkətinin baş direktoru Teymur Axundov reallaşdırılmış layihənin həm �Microsoft� korporasiyası, həm də Azərbaycanın informasiya texnologiyaları sahəsinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. �Windows 7�-nin lokallaşdırılması nəticəsində �Microsoft� məhsullarında istifadə olunan komanda və sözlərin Azərbaycan lüğəti (Glossary) yaradılmış, interfeys Azərbaycan dilinə lokallaşdırılmış (Language interface pack), eləcə də �Microsoft�un lokallaşdırılmış məhsullarında istifadəsi tövsiyə edilməyən söz və ifadələr siyahısı yaradılmışdır (Azeri Policheck). Bundan əvvəl �Microsoft� tərəfindən əsas məhsullarının Azərbaycan bazarı üçün uyğunlaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində �Windows XP� və �Vista� əməliyyat sistemləri, eləcə də Microsoft Office 2003/2007 paketləri lokallaşdırılıb.
Hiç yorum yok:
Yorum Gönder