Bu qədər ki, sən sevirəm deyirsən.
Bir gün hər şey yalan olsa neyləyim.
Həm atan həm anan bəyənmir məni.
Səni məndən alan olsa neyləyim?
Eşq odunda qovrularsam yanarsam
Məni atsan bir gün sənsiz qalarsam
Məcbur başqası ilə yuva qurarsam
Səni yada salan olsa neyləyim?
Bilirsən Hüseynin dunyası sənsən
Hər sözü, cümləsi, misrası sənsən
Sınan ürəyimin bərpası sənsən
Könlüm evi talan olsa neyləyim?
Sənsiz birdə gülmək istəmirəm mən
Həyat nədir bilmək isdəmirəm mən
Son dəfə görməmiş ölmək istəmirəm mən
Ölüm zəngin çalan olsa neyləyim?
Mən bilirəm səndə məni sevirsən.
Bəlkə hey yolumu gözləyirsən
Mənə yaşa nə olar ölmə deyirsən.
İşdi bir gün olan olsa neyləyim.
Hiç yorum yok:
Yorum Gönder